Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şura

Şəhid Vətən Müharibəsi Qəhrəmanının ailəsi ilə görüş keçirilib

13 Avqustda Zəngilan rayon İcra Hakimiyyəti yanında İctimai şuranın üzvləri Vətən Müharibəsi Qəhrəmanı, şəhid Surxay Əbdül oğlu Noçuyevin ailəsi ilə görüşüblər.

Atası şəhid zabitimizin şərəfli həyat yolundan və döyüşlərdə şücaətlərindən danışaraq xatirələrini bölüşüb.

Şura üzvləri Azərbaycan torpaqlarının azad edilməsində xidmətləri olmuş igid oğul və qızlarımıza dövlət qayğısından söz salaraq, şəhidlərə və onların ailələrinə, o cümlədən qazilər və qəhrəman döyüşçülərə xalqımızın böyük məhəbbət və hörmətlə yanaşdığını, təmsil etdikləri məşvərətçi qurumun səlahiyyətləri çərçivəsində bu həssas ailələr üçün imtiyazların təmin edilməsinə nəzarətin gücləndiriləcəyini qeyd ediblər.

Görüşdə şəhid ailələri ilə bağlı müxtəlif məsələlərdən söz açılıb. Noçuyevlər ailəsi mənəvi dəstəyə görə İctimai Şuranın üzvlərinə minnətdarlığını ifadə ediblər.


Paylaş