Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şura

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü anılıb

     Zəngilan Rayon İcra Hakimiyyəti (RİH) yanında İctimai Şuranın üzvləri rayonun idarəedici orqanı RİH-in 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar təşkil etdiyi tədbirdə iştirak edib. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, RİH başçısının müavinləri və Aparatın məsul əməkdaşları, həmçinin rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, kənd, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, eləcə də müəssisə və idarə rəhbərləri iştirak edib.

     Tədbirin əvvəlində soyqırım qurbanları və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi sükutla yad olunub. Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətinin ağır nəticələri barədə dolğun məlumatlar verildikdən sonra, soyqırım tarixi ilə bağlı “Tarixin izi” adlı televiziya verilişi nümayiş olunub.

Fotolar

Paylaş