Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şura

İctimai şura üzvləri  "Cəbrayıl əfsanəsi" kitabın təqdimatında iştirak edib

Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimi Şuranın üzvləri rayonun bir qrup ictimai fəal sakini ilə birgə zəngilanlı yazıçı və publisist Azad Qaradərəlinin "Cəbrayıl əfsanəsi" radioromanının təqdimatında iştirak edib.

 

Kitab müqəddəs Vətən müharibəsinin ilk şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin qısa və mənalı döyüş yolundan bəhs edir. Tədbirdə çıxış edən zəngilanlı professor Qulu Məhərrəmli, romanın müəllifi Azad Qaradərəli, eləcə də tədbirə dəvətli yaradıcı insanlar "Cəbrayıl əfsanəsi" radioromanının gənc nəslə qəhrəmanlıq nümunəsi olduğunu söyləyiblər.

 

Əslən zəngilanlı olan Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə oğlunun şərəfli həyat və döyüş yolundan danışıb. Tədbirin sonunda müəllif öz imzası ilə gənclərə və digər oxuculara "Cəbrayıl əfsanəsi" radioromanını təqdim edib.

 

İctimai şuranın üzvləri şəhidimizin anası ilə söhbətində vətənpərvərlik istiqamətində işlərin tərkib hissəsi olaraq Dövlətzadə ailəsi ilə ayrıca görüşəcəklərini bildiriblər.

Fotolar

Paylaş