Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şura

Şuranın katibi
Ülkər Yusifova

Yusifova Ülkər Ramiz qızı 12 avqust 1999-cu ildə Bakı şəhərində anadan olub. 2005-2013-cü illərdə Bəhruz Sultanov adına 34 saylı tam orta məktəbində təhsil alıb, 2013-2016-cı illərdə Zəngilan rayon 33 saylı tam orta məktəbində təhsilini davam etdirib, 2016-2021-ci illərdə Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsinin Tarix və Coğrafiya müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb.

2015-ci ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyində keçirilən müsabiqədə qalib olduğuna görə Muzeyin rəhbərliyi tərəfində Tərifnamə, 11 dekabr 2018-ci il tarixində Azərbaycan Kooperasiya Universitetində universitet rəhbərliyi, Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan iqtisadiyyatı: dünəni, bu günü və sabahı” mövzusunda respublika elmi konfransda “Gəncə-Qazax iqtisadi rayonunun iqtisadi cəhətdən inkişafı” adlı məruzəsinə görə Elmi işlər üzrə prorektor, Əməkdar elm xadimi, i.e.d., professor Bəyalı Ataşov tərəfində Sertifikata, 01 iyun 2019-01 avqust 2019-cu il tarixində Zəngilan rayon İcra Hakimiyyətində təşkil olunan könüllü fəaliyyətini başa vurduğuna görə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov tərəfindən Şəhadətnamə, 2021-ci ildə “02 fevral – Gənclər günü” münasibəti ilə Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Quluzadə tərəfindən Fəxri Fərmana layiq görülüb.

Həmçinin, 01 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi “Azərbaycan İdman Könüllüləri” ictimai birliyinin 6 aylıq könüllülük fəalliyətinə Kargüzarlığın aparılması üzrə könüllü kimi fəaliyyət göstərib.

Azərbaycan və ingilis dillərini yaxşı, rus dilini orta səviyyədə bilir. Microsoft Office (MS Word, MS Power Point, MS Excel, MS Access) proqramlarını mükəmməl bilir. 2017-ci ildən  Yeni Azərbaycan Partiyasının Zəngilan rayon təşkilatının üzvüdür. Subaydır.