Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şura
Şuranın sədr müavini
Əbdül Noçuyev
Noçuyev Əbdül Aşırxan oğlu 04 dekabr 1962-ci ildə Zəngilan rayonu Məmmədbəyli kəndində anadan olub. 1970-ci ildə Məmmədbəyli kənd orta məktəbin birinci sinfinə daxil olub, 1980-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib. 1986-cı ildə Bakı Plan Uçot Texnikumunun qiyabi şöbəsinə daxil olmuş, 1988-ci ildə həmin texnikumu mühasibat uçotu ixtisası üzrə bitirmişdir. 1995-2000-ci illərdə tarixdə "Odlar Yurdu" Universitetinin Ümumi İqtisadiyyat fakultəsinin Maliyyə və Kredit ixtisası üzrə, qiyabi şöbəsində təhsil almışdır.
Hərbi xidmətə qədər 10 oktyabr 1980-ci il tarixdən 27 aprel 1981-ci il tarixədək Azərbaycan Dəmir Yolu Bakı Mexanikləşdirilmiş Yükvurma Yükboşaltma Məntəqəsində fəhlə işləyib. 1981-83-cü illərdə keçmiş Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 25 iyul 1983-cü il tarixdən 29 dekabr 1984-cü il tarixə kimi Bakı Maşınqayırma zavodunda fəhlə, çilingər və tornaçı işləmişdir. 01 mart 1985-ci il tarixdən Zəngilan rayonu "Bakı fəhləsi" kolxozuna üzv, 15 may 1988-ci il tarixdən kənd təsərrüfatı məhsulları üzrə satıcı, 01 aprel 1990-cı il tarixdən 25 oktyabr 1993-cü il tarixə kimi (işğal gününədək) kolxozun baş iqtisadçısı vəzifəsində işləmişdir. 02 noyabr 1993-cü il tarixdən " Neft Məhsullarının Təchizatı və Topdansatış İstehsalat Birliyi"nə mühasib, 21 sentyabr 1994-cü il tarixdə aparıcı iqtisadçı, 15 oktyabr 1994-cü il tarixdə 11-ci dərəcəli iqtisadçı vəzifəsinə təyin olunmuşdur. 01 may 1997-ci il tarixdə " Neft Məhsullarının Təchizatı və Topdansatış İstehsalat Birliyi" ləğv edilmiş və onun bazasında Mərkəzi Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazası yaradılmışdır. 17 sentyabr 1998-ci il tarixdə Mərkəzi Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazasına baş mühasib müavini, 27 sentyabr 1999-cu il tarixdə baş mühasib, 01 fevral 2002-ci il tarixdə baş mühasib müavini vəzifələrində çalışmışdır. 05 iyul 2002-ci il tarixdə öz xahişi ilə vəzifədən azad edilmişdir. 2002-2005-ci illərdə fərdi fəaliyyətlə məşğul olmuşdur. 2005-ci il tarixdən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Zəngilan rayonu üzrə Maliyyə şöbəsində Xəzinə Əməliyyatlarının Uçotu Sektorunun müdiri vəzifəsində çalışmışdır. Hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialında, Baş Mütəxəssis vəzifəsində çalışır.
1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibəsi veteranıdır. Ailəlidir, bir övladı var. Şəhid atasıdır. Oğlu Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Noçuyev Surxay Əbdül oğlu 9 noyabr 2020-ci il Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.