Balakəndə İctimai Şuraya Seçki keçirilib

18 iyun 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası(YAP) rayon təşkilatının inzibati binasında  Balakən  Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçirilib.
Seçici kimi qeydə alınmış 38  təmsilçidən 35-i səsvermədə iştirak edib.
Seçki yekunlaşdıqdan sonra Komissiya tərəfindən səsvermənin ümumi nəticələri açıqlanıb və seçki Protokolu tərtib olunub.
Seçkinin yekunlarına əsasən, seçkidə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış aşağıda adları qeyd edilən 7 nəfər İctimai Şuranın tərkibini formalaşdırıb:

1.Fəridə Balayeva-        Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı          
                                       rayon   komitəsinin sədri   
2.Xəlifə Mirəliyev-          Rayon Ağsaqqallar şurasının sədri
3.Cavanşir İsmayılov-    QMƏVŞA İctimai Birliyinin rayon Komitəsinin sədri
4.Mehriban Çuxova-      Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı rayon 
                                       filialının   üzvü
5.Nəsibə Hudulova-       Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin sədri
6. Ramazan Molulov-     Təhsil İşçiləri Həmkarlar İttifaqı rayon Komitəsinin sədri
7.Tale Şahverdiyev-      Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru

Seçki komissiyası tərəfindən seçkilərin nəticələrinə dair protokol tərtib olunduğu gündən 20 (iyirmi) gün müddətində ilk iclasını keçirməklə ictimai şura fəaliyyətə başlayır.   

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.