Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin növbəti iclası keçirilib
14 fevral 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin növbəti iclası keçirilib.
İlk öncə Türkiyədə baş verən zəlzələdə dünyasını dəyişənlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev iclasda iştirak edən Şura üzvlərini salamlayıb və hər bir üzvü fəal şəkildə fəaliyyət göstərməyə, qarşıda duran vəzifələri layiqincə yerinə yetirməyə çağırıb.
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Təranə Paşayeva 2023-cü il ərzində görülməsi planlaşdırılan işlər barədə məlumat verib, təkliflər planını iclas iştirakçıları ilə bölüşüb.
Binəqədi Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov çıxış edərək İctimai Şuranın ötən il ərzində gördüyü işlərə toxunaraq uğurlar arzu edib, həmişə rayonun və ölkəmizin inkişafı istiqamətində İctimai Şuranın fəaliyyətini yüksək dəyərləndirib.
Daha sonra iclas qarşıda görüləcək işlərin müzakirəsi ilə davam edib.