Bu istiqamətdə həyata keçirilən siyasət davamlı xarakter daşıyır
Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Bu fonda Qarabağ müharibəsi əlilləri və veteranlarına olan diqqət və qayğı xüsusi vurğulanmalıdır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə icra olunan işlərin nəticəsini sosial cəhətdən xüsusi qayğıya ehtiyacı olanlar da öz həyatında hiss edirlər. Əlbəttə ki, dövlətimizin attığı bu addımlar ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Ölkəmizdə əhalinin sosial müdafiəsi istiqamətində həyata keçirilən siyasət davamlı xarakter daşıyır. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Qarabağ əlillərinə həm müavinətlər, həm də Prezident təqaüdü verilir. Bundən əlavə, bu kateqoriyadan olan insanların sosial müdafiəsi üçün digər addımlar da atılır. O cümlədən, Qarabağ əlilləri avtomobil və mənzillərlə də təmin olunurlar.
Əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması da sosial müdafiə sahəsində həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biridir.
Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği də mütəmadi artırılır.
Ali təhsil müəssisələrində təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Təbii ki, dövlətin bu qayğısıda təhsil haqlarının ödənilməsində çətinlik çəkən həmin ailələrə böyük sevinc gətirir.
Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri daima dövlətin diqqət və qayğısını görür, belə ki, hər il dövlət büdccəsinin müzakirəsi zamanı Şəhid ailələrinin, Qarabağ müharibəsi əlilləri və digər həssas təbəqələrin müavinətinə yenidən baxılır və artırılır.
Prezident cənab İlham Əliyevin demişdir: “Mən dəfələrlə demişəm ki, Vətən uğrunda şəhid olmuş insanların xatirəsi bizim üçün həmişə əzizdir. Azərbaycan xalqı şəhidlərimizin xatirəsini həmişə öz qəlbində yaşadır. Müharibədə vuruşmuş və əlil olmuş vətəndaşlar üçün şəraitin yaradılması bizim mənəvi borcumuzdur”.
Prezident İlham Əliyev xalqımıza verdiyi bütün vədləri yerinə yetirərək insanların rifah halını yaxşılaşdıran, ölkəmizi tərəqqi yoluna çıxaran inkişaf siyasətini uğurla davam etdirir. Ali Baş Komandan dediyi sözü “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”, 44 günlük Vətən müharibəsində əməli ilə sübut etmişdir.
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!
İlham Qayıbzadə: Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon filialının sədri, 2-ci qrup Qarabağ əlili
Binəqədi İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü