Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvləri şəhidlərin xatirəsinə açılan ehsan mərasimində iştirak ediblər

27 sentyabr 2022-ci il tarixdə Binəqədi rayonunda şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq ehsan süfrəsi açılıb.

Mərasimdə şəhid ailələrinin üzvləri, qazilər, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkili Kəmaləddin Qafarov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatının şöbə müdirləri, hüquq mühafizə orqanlarının, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin, İrəvan Dövlət Azərbaycan Dram Teatrının, səhiyyə müəssisələrinin rəhbərləri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın, rayon Ağsaqqallar Şurasının, ictimai birliklərin üzvləri, ziyalılar və rayon ictimaiyyəti iştirak edirdilər.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə, yaxınlarına ehtiramını bildirdi və dövlət başçısının həm mənəvi, həm də sosial dəstək baxımından şəhid ailələrinin, qazilərin yanında olduğunu və onların qayğıları ilə maraqlandığını söylədi.

Mərasimdə şəhidlərin ruhuna dualar oxundu, şəhidlərin əziz xatirəsi yad edildi. Şəhidlərimizin və qazilərimizin keçdiyi şərəfli döyüş yolu xatırlandı, onların Vətən müharibəsindəki rəşadətindən bəhs edildi, əziz xatirələrinin qəlblərdə əbədi yaşayacağı vurğulandı.

Fotolar

Paylaş