Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin növbəti iclası keçirilib

14 oktyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin növbəti iclası keçirilib.

Görüşdə 1-ci və 2-ci işçi qruplarının üzvləri iştirak edib. Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev iclasda iştirak edən Şura üzvlərini salamlayaraq gündəlikdə duran məsələləri səsləndirib və həmin məsələlər üzrə Şura üzvlərini müzakirələrə dəvət edib.

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri tərəfindən görülən və qarşıda görülməsi planlaşdırılan işlər müzakirə edilib.

Eyni tarixdə 3-cü işçi qrupunun üzvləri cari fəaliyyət planı üzrə bir neçə şəhid ailəsi üzvləri və qazilərlə görüşüb, onların müraciətlərini dinləyib və həmin müraciətlərlə bağlı dəstək göstəriləcəyi, müraciətlərin aidiyatı qurumlara yönləndiriləcəyi bildirilib.

Qeyd edək ki, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya müraciət edən bir sıra müraciətlərin həll olunması istiqamətində hazırda aidiyatı qurumlarla birgə çalışılır, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


Paylaş