Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura

Sakinlər tərəfindən Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya müraciət edildi, problem həllini tapdı - FOTOLAR

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, 6, 7, 8, 9, 10, 12 saylı binalarında yaşayan sakinlər park ərazisində yerləşən işıq dirəklərində plopanlar və elektrik lampalarının olmaması, parkda olan oturacaq və digər istirahət obyektlərinin yararsız hala düşməsi ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya müraciət edib.

Sakinlərin verdiyi məlumata əsasən dirəklər üçün nəzərdə tutulan elektrik lampaları və plafonlar əvəzinə daha az gücü və parlaqlığı olan, mənzillər üçün nəzərdə tutulmuş elektrik lampaları qoşulub. Nəticədə isə həmin lampalar demək olar ki, ərazini işıqlandırmır, soyuq və yağıntılı hava zamanı qısa zamanda partlayır. Qeyd edilən ərazidə yerləşən idman meydançası, uşaqların əyləncəsi və digər sakinlərin istirahəti üçün nəzərdə tutulan atraksiyonlar və bisetkaların da müəyyən təmir-baxıma ehtiyacı vardır.

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya edilən müraciət ən qısa zamanda Binəqədi Rayon İcra Hakimiyyətinə bildirilib və operativ fəaliyyət nəticəsində müraciət öz həllini tapıb.

Belə ki, park ərazisində olan oturacaqların, meydançanın təmirinə başlanılıb, işıq dirəklərində olan plafonlar isə bir neçə gün ərzində yeniləri əvəz olunacaqdır.

Müraciətə baxdıqları və operativ reaksiya verdikləri üçün sakinlər Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya minnətdarlıqlarını bildiriblər.


Paylaş