Vətəndaş cəmiyyətləri institutlarının nəzərinə!
Vətəndaş cəmiyyətləri institutlarının nəzərinə!
“İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 6.1 maddəsinə və “İctimai Şuranın Vətəndaş Cəmiyyəti İnstitutları tərəfindən seçilməsinə dair Əsanamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 saylı qərarına əsasən İctimai Şuralara Seçkilərin təşkili məqsədilə “Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Komissiyanın yaradılması haqqında” Binəqədi RİH başçısının 2 may 2019-cu il tarixli 88 saylı Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti yanında Seçki Komissiyası yaradılmışdır.
Seçki 21 noyabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında keçiriləcəkdir. Seçkidə iştirak üçün qeydiyyat başlamışdır. Seçkidə iştirak etmək istəyən şəxslər 20.11.2019-cu il tarixədək Binəqədi RİH yanında İctimai Şuraya müraciət edə bilər.