Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin növbəti iclası keçirilib
1 sentyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin növbəti iclası keçirilib.
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev iclasda iştirak edən Şura üzvlərini salamlayıb və hər bir üzvü fəal şəkildə fəaliyyət göstərməyə, qarşıda duran vəzifələri layiqincə yerinə yetirməyə çağırıb.
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Təranə Paşayeva 2022-ci il il ərzində görülməsi planlaşdırılan işlər barədə məlumat verib, təkliflər planını iclas iştirakçıları ilə bölüşüb. Daha sonra İctimai Şuranın vahid loqosu təqdim edildi.
2022-ci il tədbirlər planı Şura üzvləri arasında müzakirə edilərək qəbul olunub.