Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin növbəti iclası keçirilib
22 sentyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin növbəti iclası keçirilib.
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev iclasda iştirak edən Şura üzvlərini salamlayaraq gündəlikdə duran məsələləri səsləndirib və həmin məsələlər üzrə Şura üzvlərini müzakirələrə dəvət edib.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri tərəfindən qarşıda görülməsi planlaşdırılan işlər müzakirə edilib, İctimai Şuranın operativ fəaliyyətini təmin etmək məqsədilə işçi qruplarının yaradılması barədə təkliflər dinlənilib.
Sonda möcud fəaliyyət planı əsasında Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərindən ibarət işçi qruplarının yaradılması, o cümlədən mütəmadi olaraq şəhid ailələrinin ziyarət edilməsi, onları narahat edən problemlərin dinlənilməsi və həlli istiqamətində yaxından iştirak edilməsi qərarları qəbul edilib.