Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvləri rayon sakinləri ilə görüşüb - FOTOLAR
3 sentyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvləri Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, bina 5 a/15 və bina 7/19 ünvanında yaşayan bir qrup sakinlərlə görüşüb.
Görüş zamanı sakinlər problem və təkliflərini Şura üzvlərinin diqqətinə çatdırıb, narahatlıq yaradan məsələlər qeydə alınıb.
Sakinlər İctimai Şura üzvlərinə minnətdarlığını bildirib, fəaliyyətlərində uğurlar arzu edib.
Qeyd edək ki, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvləri ilə rayon sakinlərinin mütəmadi görüşləri bundan sonra da davam etdiriləcəkdir.