Gənclər və İdman Nazirliyi yanında İctimai Şura

İctimai Şuranın üzvləri Lənkəranda gənclər və idmançılarla İctimai dinləmə həyata keçiriblər

İctimai Şuranın üzvləri Lənkəranda gənclər və idmançılarla İctimai dinləmə həyata keçiriblər.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvləri Lənkəranda bir qrup fəal gənc və idmançılar ilə görüş keçirib.

Şura üzvləri ilk növbədə Lənkəran Olimpiya İdman Kompleksinin cari vəziyyəti ilə tanış olublar. Daha sonra bir qrup idmançı və məşqçi ilə ictimai dinləmə həyata keçirilib. İdmançıların qarşılaşdığı çətinliklər, təkliflər və iradlar, həmçinin qeyd edilən məsələlərin həlli istiqamətində müzakirələr aparılıb.

Günün ikinci yarısı gənclərlə görüş baş tutub. Görüşdə gənclər tərəfindən onları maraqlandıran məsələlər, təklif və iradlar səsləndirilib. İctimai dinləmə nəticəsində toplanılan təkliflər İctimai Şura tərəfindən qeydə alınıb və müfaviq qurumlara təqdim ediləcək. İctimai dinləmədə Şuranın sədri Azər Əliyev, Şuranın katibi İntiqam Cavanşir və İctimai Şuranın üzvü Nuranə Şıxaəliyeva iştirak ediblər.

Qeyd edək ki, İctimai dinləmələr Gənclər və idman Nazirliyi yanında İctimai Şura tərəfindən silsilə şəkildə həyata keçirilir. Növbəti belə ictimai dinləmə gələn həftə Mingəçevir şəhərində baş tutacaq. İştirak etmək istəyən şəxslər ismarıc bölməsi ilə müraciət edə bilərlər.

Fotolar

Paylaş