Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya keçiriləcək seçkilərdə təmsil olunacaq təşkilatların siyahısı
15 iyul 2021-ci il tarixdə, saat 10:00-dan 14:00-na kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının zalında Gənclər və İdman Nazirliyi yanında İctimai şuraya keçiriləcək seçkilərdə təmsilçi qismində iştirak etmək üçün 165 təşkilat müraciət etmişdir.
2 təşkilatın sədrinin səlahiyyət müddəti bitdiyi üçün onların imzaladığı sənəd qəbul edilməmişdir. Nəticədə 163 təşkilatın təmsilçisi qeydiyyata alınmışdır.
QEYD: 1994-cü ildən Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şura fəaliyyət göstərir. İctimai şuranın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclər təşkilatlarının iştirakını təmin etmək olmuşdur. İndiyədək ictimai şuranın iclaslarında Prezident, Milli Məclis və bələdiyyə seçkilərində gənclərin iştirakı, qanunların və dövlət proqramlarının layihələri, Azərbaycan Gənclərinin Forumlarının keçirilməsi, gənclərin vətənpərvərlik tərbiyəsi, Ermənsitan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair faktların dünya ictimaiyyətinə çatdırılması, gənclərin sosial şəbəkələrdə fəaliyyəti və s. məsələlər müzakirə olunmuş, dünyada və respublikada baş verən mühüm ictimai-siyasi hadisələrə münasibət bildirilmişdir.
Gənclər və İdman Nazirliyi yanında İctimai Şura formalaşdırıldıqdan sonra Gənclərlə iş üzrə İctimai Şuranın fəaliyyətinə xitam veriləcəkdir.
Namizədliyi qeydə alınmış şəxslərin SİYAHlSl və təmsilçi kimi iştirak edəcək şəxslərin SİYAHlSl əlavə olunur.