Gənclər və İdman Nazirliyi yanında İctimai Şura

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yanında İctimai Şuranın 24 sentyabr 2021-ci il tarixində ikinci iclası keçirilib. İclas hibrid formatda olmaqla onlayn və oflayn şəkildə İctimai Şuranın sədr, sədr müavini, katib və üzvlərin iştirakı ilə təşkil edildi.

İclasın əvvəlində İctimai Şuranın sədri Azər Əliyev Şura üzvlərini salamlayaraq, gündəlikdə olan məsələr barədə ətraflı məlumat verdi. Daha sonra Şura üzvləri ilə birlikdə gündəlikdə nəzərdə tutulmuş məsələlər haqqında müzakirələr və fikir mübadiləsi aparıldı. İctimai Şuranın üzvləri tərəfindən gənclər və idman sahəsi üzrə gənclərin qarşılaşdığı ümumi problemlər dinlənildi və həll edilməsi istiqamətində təkliflər səsləndirildi.

İclasın sonunda Şuranın fəaliyyətində səmərəliliyi qorumaq üçün fəaliyyət planı müzakirə olundu. Yekunda Şura üzvlərinin təkliflərinə əsasən fəaliyyət planına əlavə və dəyişikliklər edilərək sənəd qəbul edildi.


Paylaş