Gənclər və İdman Nazirliyi yanında İctimai Şura

Gənclərlə iş üzrə ictimai şuranın iclası keçiriləcək

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə ictimai şuranın “Zoom” platforması vasitəsilə növbəti iclası keçiriləcək.

 

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda şuranın yenidən formalaşdırılması, gənclər təşkilatlarının fəaliyyəti, onlara dövlət dəstəyi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub. Onlayn iclasda ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri iştirak edəcəklər.

 

Gənclərlə iş üzrə ictimai şuranın məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclərin qeyri-hökumət təşkilatlarının (ictimai birliklər və fondlar) iştirakını təmin etməkdir. İctimai şuranın iclaslarında gənclərin forumlarının keçirilməsi, 2 fevral – Azərbaycan Gəncləri Gününün qeyd olunması, Prezident, Milli Məclis və bələdiyyə seçkilərində gənclərin fəal iştirakı, qanunların və dövlət proqramlarının layihələri, gənclərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsi, qondarma “erməni soyqırımı”nın tarixi gerçəklikdən uzaq olması, və s. məsələlər müzakirə olunub, dünyada və respublikada baş verən mühüm ictimai-siyasi hadisələrə münasibət bildirilib.

 

İclasda iştirak etmək istəyən gənclər təşkilatları aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://docs.google.com/forms/d/18UHe7HPY1ZGxQlIsPE849IwwJ7d86q5PDI7GdRkZeUM/edit 

 


Paylaş