İctimai Şuranın üzvləri gənclər paytaxtında
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvləri Azərbaycanın 2022-ci il üçün “Gənclər Paytaxtı” olan Tovuz şəhərində bir qrup fəal gənc və idmançılar ilə görüş keçirib.
İki gün davam edən görüşün ilk günü İctimai Şuranın üzvləri Heydər Əliyev Mərkəzində 30-a yaxın idmançı və fəal gənclə görüşmüş, onların qarşılaşdığı problemlər, təkliflər və iradlar, həmçinin qeyd edilən məsələlərin həlli istiqamətində müzakirələr aparılmışdır.
Görüşün ikinci günü Tovuz rayon Gənclər Evində gənclər və idmançılarla keçirilib. Daha sonra isə Şura üzvləri Tovuz Olimpiya İdman Kompleksi ilə tanış olublar. Kompleksin şəraiti, yaradılan imkanlar və çətinliklər barədə geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, fevralın 2-də keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Forumda Tovuz şəhəri yeni “Gənclər Paytaxtı” elan edilmişdir.