Gənclər və İdman Nazirliyi yanında İctimai Şura

İctimai Şura  gənclər təşkilatları ilə məsləhətləşmələri davam etdirir - FOTOLAR

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında İctimai Şura “Gənclərlə iş sahəsində əldə edilmiş təcrübə və gələcək perspektivlər” mövzusunda gənclər təşkilatları ilə növbəti məsləhətləşməsi baş tutub.

İctimai Şuranın "Gənclərlə iş üzrə" İşçi qrupunun təşkilatçılığı ilə bir qrup gənclər təşkilatı ilə görüş keçirilib. Öncə Şuranın sədri Azər Əliyev gündəlikdəki məsələləri gənclər təşkilatlarının rəhbərlərinin diqqətinə çatdıraraq gənclər təşkilatları ilə məsləhətləşmələrin məqsədi və davamlı şəkildə keçiriləcəyi ilə bağlı məlumat verdi. İşçi qrupunun rəhbəri Asim Vəliyevin moderatorluğu ilə davam edən dəyirmi masada gənclər təşkilatları tərəfindən gənclərin maarifləndirilməsi, vətənpərvərlik hissələrinin aşılanması, region gəncləri ilə iş, gənclərin asudə vaxtlarının səmərəli təşkili kimi müxtəlif istiqamətli təkliflər dinlənildi və müzakirə aparıldı.

Qeyd edək ki, gənclər təşkilatları və idman federasiyaları ilə məsləhətləşmələr növbəti həftələrdə də davam edəcək. Görüşlərə qoşulmaq istəyən təşkilat və federasiyalar müraciət edə bilər.


Paylaş