"İctimai Şura sosial müdafiə tədbirlərində fəal iştirakını davam etdirməlidir" - Elşad Məmmədov

İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov İctimai Şuranın fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, Şura əmək bazarının və əmək münasibətlərinin inkişafında, sosial müdafiə sisteminin təkmilləşdirilməsində, əhalinin sosial rifahının gücləndirilməsində mühüm rol oynayır.

QHT.az xəbər verir ki, Elşad Məmmədovun sözlərinə görə, İctimai Şura ictimai nəzarət və iştirakçılıq mexanizmlərindən istifadə edərək, ekspert dəstəyi vasitəsilə sosial müdafiə tədbirlərində iştirakını ardıcıl şəkildə davam etdirməlidir: "Düşünürəm ki, İctimai Şuranın müvafiq qanunvericilik imkanları çərçivəsində fəaliyyəti davam etdirilməli və eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı da İctimai Şuranın müvafiq təklifləri ictimaiyyətə, o cümlədən media vasitəsilə, zənnimcə çatdırılmalıdır".

Professor Şuranın mövcud qanunvericilik çərçivəsində fəaliyyətini genişləndirməli olduğunu və aktiv məşğulluq siyasətinin həyata keçirilməsinə töhfə verməsinin əhəmiyyətini xüsusi qeyd edib.

 

Pərvanə Fərhadqızı


Paylaş

2024-cü il üzrə ən fəal İctimai Şura hansıdır?