Onlayn İctimai Nəzarət Platforması: Problemlərin 70 %-dən çoxu həllini tapıb

2022-ci ilin dekabr ayından 2023-cü ilin fevral ayınadək dövlət orqanlarına yönləndirilən foto/video sübutu olan boru sızması, məişət tullantılarının idarə olunması, yol örtüyü, ağaclar, açıq lyuklar ilə bağlı və digər problemlərin təxminən 70 %-dən çoxu öz həllini tapıb.

QHT.az "Report"-a istinad'n  xəbər verir ki, bu barədə Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin rüb üzrə yekunlarına dair dəyirmi masada məlumat verilib.

Bildirilir ki, 19 dövlət qurumu vətəndaşların müraciətlərinə baxılması və bu müraciətlərdə qeyd olunan problemlərin həllində fəal olub və onlara müvafiq təltiflər təqdim olunub.

Bu qurumlara Bakı şəhəri İcra Hakimiyyəti, "Azərsu" ASC, "Azərişıq" ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Daxili İşlər Nazirliyi, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, Yasamal rayon İcra Hakimiyyəti, Nəsimi rayon İcra Hakimiyyəti, Sabunçu rayon İcra Hakimiyyəti, Xəzər rayon İcra Hakimiyyəti, Xətai rayon İcra Hakimiyyəti, Suraxanı rayon İcra Hakimiyyəti, Nərimanov rayon İcra Hakimiyyəti, Səbail rayon İcra Hakimiyyəti, Binəqədi rayon İcra Hakimiyyəti, Qaradağ rayon İcra Hakimiyyəti, Biləsuvar rayon İcra Hakimiyyəti və Lənkəran şəhər İcra Hakimiyyəti aiddir.

Digər 5 dövlət qurumuna (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, TƏBİB, "Azəristiliktəczihat" ASC və "Azərbaycan Dəmir Yollari" QSC) Onlayn İctimai Nəzarət Platforması ilə əməkdaşlıq edərək vətəndaşların müraciətlərində qeyd olunan problemlərin həllində göstərdikləri köməkliyə görə təşəkkürnamələr təqdim edilib.

Bununla yanaşı, Onlayn İctimai Nəzarət Platforması tərəfindən keçirilən "Fəal vətəndaş-5" müsabiqəsinin qalibləri (Cavad Salmanlı, Kamil Qasımov, Elçin Musayev) də təltif edilib.


Paylaş

Aktiv sorğu yoxdur.