Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri seçilib

İyulun 20-də Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın ilk iclası keçirilib. Şuranın sədri vəzifəsinə “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev və “Şəhər Veteranları Şurası”nın sədr müavini Rizvan Mikayıllının namizədlikləri irəli sürülüb. Tərəflər hər iki şəxsin üstün cəhətlərini təqdim etməyə çalışıblar. Gərgin mübarizə şəraitində  keçən prosesə məsafədən qatılan “Kanal-32” Media şəbəkəsinin baş direktoru İnqilab Şirinovun səsindən sonra nəticə bəlli olub. Fərman Nəbiyev iki il müddətinə İctimai Şuraya sədr seçilib. 

“Mingəçevirdə Sahibkarlığın İnkişafına Dəstək” İB-nın sədri Vaqif Həsənovun şura sədrinin müavini, “Iqtisadi Sosial Maarifləndirmə Mərkəzi” İB-nın sədr müavini Zahid Qasımlının isə  katib vəzifələrinə namizədlikləri yekdilliklə qəbul olunub. İclasda İcra Hakimiyyəti başçısının müavini, İctimia Şuraya seçkilərin keçirilməsi üzrə komissiyanın sədri  Hikmət Kərimov iştirak edib.

 


Paylaş

Aktiv sorğu yoxdur.