“Dövlət, özəl sektor və vətəndaş cəmiyyəti əməkdaşlığı: problemlər və həlli yolları” layihəsi davam edir

Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyevanın rəhbərliyi və ECSOFT-un dəstəyi ilə “Dövlət, özəl sektor və vətəndaş cəmiyyəti əməkdaşlığı:problemlər və həlli yolları” layihəsinin icrasına davam edir

Layihənin məqsədi hökumət, özəl sektor və QHT əməkdaşlığı sahəsində mövcud problemlərin öyrənilməsi və müzakirəsinin aparılması və bu sahədə şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsindən ibarətdir. Layihə çərçivəsində Hökumət orqanları, özəl sektor və vətəndaş cəmiyyəti arasında əlaqələri və problemləri araşdırmaq və boşluqları müəyyənləşdirmək üçün sorğu, fokus qrup keçirilməsi, Dövlət qurumlarının, özəl sektorun və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə 30 nəfərdən ibarət dəyirmi masa təşkil olunaraq həmin nəticələrin müzakirə edilməsi, təkliflər hazırlanması və müvafiq dövlət qurumlarına təqdim olunması nəzərdə tutulmuşdur.

Bu məqsədlə ilk fəaliyyət olaraq sorğu keçirilmiş, səhər yeməyində fokus qrup təşkil edilmiş və oraya dövlət, QHT və özəl sektor nümayəndələri dəvət olunmuş, müvafiq mövzu ətrafında müzakirələr aparılmış, dəyirmi masada müzakirə üçün ilkin təkliflər verilmişdir.
 


Paylaş

Aktiv sorğu yoxdur.