Vətəndaş cəmiyyəti nümayəndələri QHT.az-a olan kiber hücumu pislədilər

Mayın 8-də gün ərzində QHT.az saytına haker hücumları olub və saytın bütün xəbərləri bazadan silinib.  Kiber hücumlar Azərbaycan ərazisində olan İP-dən həyata keçirilib və gün boyu davam edib. Günün sonuna yaxın saytn bazası 6 may tarixinə bərpa olunub.  Saytın təhlükəsizliyini gücləndirilib. Sayt rəhbərliyi məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməyi planlaşdırır. 

Qeyd edək ki, 2015-ci ildə yaradılan QHT.az saytı ixtisaslaşmış media orqanıdır və vətəndaş cəmiyyətinin inkişafına dəstək verməyi hədəfləyib. Saytın rəhbəri vətəndaş cəmiyyətinin fəal nümayəndəsi,  “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadədir. 

Zaur İbrahimli,  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri

QHT.az saytına haker hücumu olması bardə Cəsarət bəyin açıqlamaları, təqdim etdyi məlumatlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır və zəruri tədbirlər görülməlidir.

 

Səməd Vəkilov, Müvəkkil Hüquq Mərkəzinin sədri

QHT sektorunun ruporuna çevrilən QHT.az saytına olan kiber hücumu pisləyir müstəqil fikirli ziyalı Cəsarət Hüseynzadə ilə birlikdə olduğumuzu bildiririk. Hüquq mühafizə orqanları məsələni ciddi araşdırıb ictimaiyyətə məlumat verməlidir.

 

Shamil Sabiroğlu, “Xocalı Soyqırımını Tanıtma” ict.birliyinin sədri

Mən, QHT fəalı olaraq QHT.az saytına kiber hücümlarını pisləyirəm.

 

Vəkil Əzimov, QHT nümayəndəsi

Ümumilikdə vətəndaş cəmiyyətinin inkişafına qarşı yönəlmiş bu kiberhücumu çox təəssüflə pisləyir və şübhələndiyiniz şəxslərlə bağlı qısa zamanda hüquq mühafizə orqanlarına müraciət etməyinizi doğru hesab edirəm. Keçmiş olsun

 

Könül Quliyeva, “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyin sədri

Əlləri qurusun. İnşallah bərpa edər, gözlərini növbəti uğurlarınızla tökərsiz.

 

Ruhiyye Memmedova, Ahıllara və Tənhalara Dəstək ictimai birliyinin sədri

Ən ucuz mübarizə metodu. Yel qayadan nə aparar?

Cavid Şahverdiyev, "Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri 

Hər zaman yanındayam

 

Zülfiyyə Nuriyeva, “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” ictimai birliyin sədri 

Kim və hansı qruplar edibsə ayıb olsun. Adam kimi mübarizə aparın, reket kimi deyil.

 

Şaban Nəsirov, İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin sədri

Kimlərinsə quyruğun tapdalamısan. Quyruq acılarının əvəzin çıxırlar.

 

Ilham Məhərrəmov, Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin sədri

Mərd zəhmətkeş insan , canın sağ olsun .

 

Ilqar Qasımov, ”Hüquqi Yardım” ictimai birliyinin sədri 

Arzuları gözlərində qalar inşallah

 

Qubad Qasımov, İstedadlı Əlillər İctimai Birliyinin sədr müavini

Əziyətlə ərsiyə gətirdiyiniz zəhmətinizə qarşı edilən bu şərəfsizlərə nə demək olar, ancaq Şərəfsiz...

 

Vəfa Abbasova, Respublika Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədr müavini

İnsanlar niyə bu qədər ucuzlaşıb. Biz sizinləyik. Allah sizin bütün işlərinizi avand etsin

 

Irada Polad, "Mərhəmət” Kimsəsizlərə Yardım ictimai Birliyinin sədri 

Əziyyətinizi kim silə bilər, inşallah bərpa olunar..

 

Şahin Rəcəb, "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinin sədri

Daxili İşlər Nazirliyinə, Dövlət Xüsusi Mühafizə İdarəsinə müraciət olunmalıdır. Bunu edənlər aşkarlanmalı və müvafiq cəzasını almalıdır. QHT.az saytına hücum Vətəndaş Cəmiyyətinə hücum kimi qiymətləndirilir.

 

Cəmilə Abdulova, Eşitmə Və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri

Şərəfsizlikdir. Nə qədər informasiyalar silinib. Bu VC olunan haqsız hücümdur.

 

Nailə İsmayılova, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İB-nin sədri .

Allah köməyiniz olsun.

 

Səbinə Kərimova, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin sədri

Çox pis oldum. Təəssüf

 

Samir Adıgözəlli, İSBAM sədri

Yanınızdayıq

 

Fariz Əkbərov, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədr müavini

Sizin yanınızdayıq Cəsarət müəllim.

 

Yaşar Zeynalov, Yayım Assosiasiyasının prezidenti

Şiddətlə qınayırıq 

Peyman Sadiqov, Xalqxeber.Az saytının rəhbəri

Xalqxeber.Az xəbər portalının kollektivi daim yanınızdadır və Qht.Az-a olan kiber hücumu qətiyyətlə pisləyirik

 

Mətanət Əsgərqızı, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri

Bu hadisəni pisləyirik!

 

Fəridə Vəliyeva - “Miqrasiya Proseslərinin Tədqiqi” İctimai Birliyinin sədri

Seytan her yerde var, nə edek, indi sakit oturduğun yerdə də hucum edib adamı parcalamaq istəyənlər, arxada danisib, işi düzələndən sonra təbriklərə qoşulanlar çoxdu. Nə  deyək, nə edek. Allah belələrinin üzlərinə qara cəksin , vallah adam bunların yerinə utanır.

 

Ayaz Hüseynov, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri

Hörmətli Cəsarət müəllim, sizinləyik! Əlimizdən nə gəlirsə dəstək olmağa hazırıq. Mövcud durumu şiddətlə qınayırıq!

 


Paylaş

Aktiv sorğu yoxdur.