Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçiriləcək
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçki keçiriləcək.
Newscenter.az Dövlət Komitəsinə istinadən xəbər verir ki, seçkidə sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 30 namizəd rəsmi qeydiyyata alınıb.
Dövlət Komitəsi yanında yaradılacaq İctimai şuraya seçki 26 aprel 2021-ci il tarixində saat 10:00-da komitənin Tbilisi prospekti 129 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir.
Səsvermədə iştiak etmək üçün 175 nümayəndə qeydiyyatdan keçib. Həmin müraciətlər Dövlət Komitəsinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunmuş Seçki Komissiyası tərəfindən yoxlanılıb.
Seçki Komissiyasnın qərarına görə İctimai Şuranın tərkibi 13 nəfərdən ibarət olacaq.
İctimai şura üzvlüyünə aşağıdakı vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinın namizədliyi qeydə alınıb:
1. “Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər” Təşkilatının sədri – Vüqar Qədirov
2. “Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi” İctimai Birliyinin üzvü – Aydan Xıdırova
3. Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri – Rey Qasımov
4.“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbacanlı İcması” İctimai Birliyinin üzvü – Samirə Hüseynova
5. Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti – Umud Mirzəyev
6. “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin üzvü – Nail Şükürov
7. “Correct.az” MMC-nin direktoru – Rövşən Əsədov
8. “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri – Qəmzə Yusubova
9. “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri – Məhluqə Rəhimova
10. Fərdi namizəd – Ağamməd Ağayev
11. Fərdi namizəd – Qəzənfər Hüseynov
12. Fərdi namizəd – Rəşad Abdullayev
13. “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri – Bəsti Nəsibova
14. “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri – Zaur Quliyev
15. “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri – Ramil İskəndərli
16. “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri – Xatirə Vəliyeva
17. “Kitab Evi” İctimai Birliyinin sədri – Adilə Nəzərova
18. Qarabağ müharibəsi veteranı – Səbuhi Hüseynov
19. Qarabağ müharibəsi veteranı – Təyyar Eminov
20. “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri – İradə Nəsirova
21. “Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri – Məmmədhəsən Həsənov
22. “Region Plus” Jurnalının baş redaktoru – Namiq Mailov
23. “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri – Xalid Kazımov
24. “Report” İnformasiya Agentliyinin redaktoru – İmdad Əlizadə
25. “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri – Anar Xəlilov
26. “Türküstan” Meda Qrupunun rəhbəri – Aqil Camal
27. Vəkillər Kollegiyasının üzvü, "A.İ.M" Vəkil Bürosunun vəkili – İsmayıl İsmayılov
28. Vətəndaş Hüquqları İnstitutunun üzvü – Samir Kazımlı
29. “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri – İradə Rizazadə
30. “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri – Nurəddin Mehdiyev