Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura

Dövlət Əmək Müfəttişlliyi Xidmətində İctimai şura üzvləri ilə görüş keçirilib - FOTOLAR

Şura üzvlərinə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində aparılan islahatlar barədə məlumatlar verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişlliyi Xidmətində Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.

Xidmətin rəisi Vəli Quliyev əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində aparılan islahatları diqqətə çatdırıb. 

Bu sahədə idarəçilik və xidmətlərin qabaqcıl dünya təcrübəsi, inovativ həllərin tətbiqi əsasında təkmilləşdirilməsi istiqamətində atılan addımlar, əmək qanunvericiliyinə edilmiş yeni dəyişikliklər barədə məlumat verib.

Dövlət Əmək Müfəttişlliyi Xidmətinin gördüyü işlər və gələcək planları, Əməyin Mühafiəsi Mərkəzinin qurulması istiqamətində aparılan işlər diqqətə çatdırılıb.

Əmək münasibətləri sahəsinə “Əmək və Məşğulluq” altsistemi üzərindən çevik və obyektiv, səmərəli nəzarətin təmin edilməsi, əmək qanunvericiliyinin pozulması faktlarının müəyyən edilərək aradan qaldırılması istiqamətində görülən işlər qeyd edilib.

İşçilərin, xüsusilə həssas əhali qruplarından olan işçilərin əmək hüquqlarının qorunmasının diqqət mərkəzində olduğu vurğulanıb. 

İctimai şuranın sədri Elşad Məmmədovun, şuranın digər üzvlərinin fikirləri, təklifləri dinlənilib. Görüşdə gələcək əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.


Paylaş