Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilb - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın növbəti iclası keçirilib.
İclasda şuranın 2023-cü ilə dair fəaliyyət planı və hədəfləri müzakirə mövzusu olub. Həmçinin özünüməşğulluq proqramının genişləndirilməsi, əlillik və reabilitasiya sahələrində görülən işlər, əllilliyin qiymətləndirilməsində tətbiq olunan yeni meyarlar müzakirə edilib.
44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə iştirakçılarının sosial dəstəklə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub.
Əmək, məşğulluq, sosial müdafiə sahələrində görülən işlərlə bağlı rəy və təkliflər ifadə olunub.