Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində (DOST RİM) Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.

Görüşdə DOST RİM-in direktoru Kənan Əkpərov son illər sosial sahədə icra olunan geniş rəqəmsallaşma proqramı, dövlət sosial xidmətlərinin elektronlaşdırılması istiqamətində əldə olunan uğurlar barədə məlumat verib. Nazirliyin sosial sahədə rəqəmsal layihələrinin beynəlxalq səviyyədə də yüksək dəyərləndirilərək xüsusi mükafatlara layiq görüldüyü diqqətə çatdırılıb. 

DOST RİM-in  yeni layihələrinə dair təqdimatlar edilib. Hazırda e-sosial.az portalının və mobil əlavəsinin funksional imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərdən bəhs olunub.

İctimai şuranın sədri Elşad Məmmədovun, şuranın digər üzvlərinin fikirləri, təklifləri dinlənilib, sualları cavablandırılıb, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Fotolar

Paylaş