Aslan Əzimzadə: “Şura üzvü olmaq böyük məsuliyyətdir və davamlı fəaliyyəti tələb edir”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, iqtisadçı-ekspert Aslan Əzimzadə QHT.az-a verdiyi açıqlamada İctimai Şuranın ictimai nəzarət və effektiv kommunikasiya baxımından vacib roluna diqqət çəkib.
Ekspertin sözlərinə görə, İctimai Şurada seçkilərdə qalib gəlmək böyük məsuliyyətdir və bu məsuliyyət dayanıqlı və davamlı fəaliyyət tələb edir: “Qeyd etmək lazımdır ki, ictimai nəzarət mexanizmlərindən biri də məhz İctimai Şuradır. İctimai Şurada seçkilərdə qalib gəlməyim, əlbəttə ki, olduqca böyük məsuliyyətdir.”
O əlavə edib ki, Şuranın yeni tərkibində həm tanınmış media ekspertlərinin, həm də QHT təmsilçilərinin yer alması, qurumun fəaliyyətinin səmərəliliyini daha da artıracaq: “Bu, İctimai Şuranın fəaliyyətinin effektivliyinin yüksəlməsi üçün önəmli amillərdəndir.”
Aslan Əzimzadə bildirib ki, İctimai Şuranın əsas məqsədi vətəndaşlarla dövlət qurumları arasında əlaqə və kommunikasiya mexanizmlərinin təkmilləşdirilməsinə xidmət etməkdir: “Düşünürəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura yeni tərkibdə öz fəaliyyətini daha da dayanıqlı formada quracaqdır.”
Pərvanə Fərhadqızı