Sabirabad RİH yanında İctimai Şura aidiyyatı qurumlar qarşısında məsələ qaldırmışdır

Sabirabad Rayon İcra Hakimiyyəti  yanında İctimai Şuranın növbəti iclasında İctimai şuranın sədri Güləndam Səmədova və şuranın digər üzvləri iştirak edib.

İclasda şura tərəfindən görülən işlər və qarşıda duran məsələlər müzakirə olunub. Həmçinin, rayon ərazisində aidiyyatı qurumların nümayəndələri tərəfindən “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına uyğun olaraq mütəmadi olaraq sahibsiz heyvanlara qarşı mübarizə tədbirləri həyata keçirilməsi müzakirə olunub.

Belə ki, sahibsiz heyvanlar problem yaratdıqları halda, əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların yaşayış yerlərindən uzaqlaşdırılması, sığınacaqlara aparılması üçün zəruri tədbirlər görülməsi və bu işlər daima nəzatərdə saxlanılmasının vacibliyi vurğulanmışdır. Həmçinin aidiyyatı qurumlar tərəfindən vətəndaşlar arasında, xüsusilə orta məktəblərdə maarifləndirmə işləri aparılır.

Sonda iclasda İctimai şura üzvlərinin təklifləri səsləndirilib, şuranın yaxın dövr üçün fəaliyyət planı nəzərdən keçirilib.


Paylaş

Aktiv sorğu yoxdur.