İctimai Şuranın növbəti iclası keçirilib
Naftalan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan İctimai Şuranın sədri Möhübbət Bədəlov tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən biri olan korrupsiyanın bu gün də bütün ölkələrdə aktual problemlərdən biri olaraq qaldığını, ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyini, sosial ədalətə ciddi təhlükə yaratdığını, iqtisadi və sosial inkişafı ləngitdiyini, əlverişli biznes mühitinin yaranmasına mane olduğunu söyləyib.
Korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılmasının ölkə prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayan ŞİH başçısının müavini Kəmalə Hüseynova bildirib ki, ölkəmizdə insanların sosial rifahını və vətəndaş məmnunluğunun daha da artırılması üçün aparılan yeni islahatlar nəticəsində şəffaf və ədalətli idarəçilik sistemi daha da gücləndirilimişdir. Həmçinin qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasını və uzunmüddətli inkişaf yoluna səfərbər olunmasını təmin edən Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizin bütün sahələrdə tərəqqisinə, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə mühüm hüquqi baza kimi əsaslı təminat yaradan mükəmməl və mütərəqqi sənəddir.