Sabirabad rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinin növbəti iclası keçirilib
02 dekabr 2025-ci il tarixdə Sabirabad rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinin növbəti iclası keçirilib.
Görüşdə Sabirabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Güləndam Səmədova İctimai Şuraların əhəmiyyətini vurğulayaraq qeyd edib ki, dövlət qurumları yanında yaradılan İctimai Şuraların əsas məqsədi həmin yerli icra hakimiyyətlərinə dəstək olmaq, yerlərdə olan müraciətləri araşdırmaq, problemin birgə həlli yolunu tapmaqdır.
Daha sonra rayon sakinlərinin qarşılaşdıqları problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi üçün zəruri iş aparıldığı diqqətə çatdırıldı.
Sonda, həmçinin İctimai Şura tərəfindən cari ildə görüləcək işlər, qarşıda duran vəzifələr, müvafiq plana əsasən həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər, o cümlədən icra olunmaqda olan layihələr, monitorinq xarakterli səfərlər və bir sıra məsələlər müzakirə edilib.