İctimai Şura illik fəaliyyətinə yekun vurub
Salyan Rayon Icra hakimiyyəti yanında fəaliyyət göstərən ictimai şura 2024-cü ildə gördüyü işlərə yekun vurub.
QHT.az xəbər verir ki, bu münasibətlə Salyan Rayon İcra Hakimiyyətində yığıncaq keçirilib. RİH başçısı Rüstəm Xəlilovun tədbir iştirakçılarını salamlayaraq və bu gün ölkəmizdə Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial siyasətin uğurlu nəticələrindən, demokratik təsisatların inkişafında vətəndaş cəmiyyətinin rolundan danışıb.
RİH yanında ictimai şuranın sədri Rüstəm Məlikov məlumat vermişdir ki, rayon icra hakimiyyəti yanında ictimai şura 4-cü ildir ki, fəaliyyət göstərir. Ötən müddət ərzində şura üzvləri rayon ictimaiyyəti arasında hörmət və nüfuz qazanmaqla yanaşı, insanların müraciət etdiyi, fikir bölüşdürdüyü bir quruma çevrilmişdir. İctimai şura 2024-cü ildə də qəbul edilmiş əsasnaməyə uyğun fəaliyyət göstərmiş yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyət təşkil edib.
Yığıncağında çıxış edən şura üzvlərindən Məhəmməd Ağayev, Allahverdi Piriyev, Leyla Nəsirova, Arif Əsgərov, Vəfa Əbilova, Sevinc Bünyatova bildirmişlər ki, hesabat dövründə 4 iclas keçirilmiş və vətəndaşların 20-dən artıq müraciətinə baxılmış və müzakirə olunan məsələlər aidiyyəti dövlət təşkilatlar qarşısında qaldırılaraq müsbət həll olunub. Hesabat ilində şura üzvləri şahid və qazi ailələrində olmuş onların qayğıları ilə yaxından maraqlanmış və səlahiyyətləri daxilində köməkliklərini göstəriblər.
Yığıncaqda həmçinin son dövrdə rayonda aparılan abadlıq və quruculuq işləri barədə danışılmış və bu yeniliklərin qorunması, təmizliyə riayət edilməsi üçün ictimai qınağın da vacibliyi vurğulanıb. Salyanda ictimai şuranın fəaliyyətinin rayon icra hakimiyyəti tərəfindən əlaqələndirilməsi qaldırılan məsələlərə operativ münasibətin göstərilməsi və müsbət həll olunması rayonda ictimai şuranın nüfuzunun daha da artmasına, onların fəaliyyətlərinin genişlənməsinə şərait yaradıb.
Hesabat yığıncağında RİH başçısı Rüstəm Xəlilov çıxış edərək 2025-ci ildə rayonun sosial-iqtisadi inkişafında həyata keçiriləcək işlər barədə məlumat vermiş və dövlətimizin siyasətinin həyata keçirilməsində ictimai şuraların müsbət rolunu vurğulamış, fəaliyyətin daha da səmərəli olması üçün tövsiyələrini verib.