Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya yeni seçilmiş üzvlərlə görüş keçirilib - FOTOLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya yeni seçilmiş üzvlərlə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə İctimai Şuranın “Yaşıl dünya naminə həmrəylik ili”, həmçinin COP29 tədbirinə ölkəmizin ev sahibliyi edəcəyi 2024-cü ildə fəaliyyət istiqamətləri, ətraf mühitin mühafizəsində vətəndaş cəmiyyətinin rolu və dəstəyi, ictimaiyyətlə əlaqələrin daha sıx qurulması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi kimi məsələlər müzakirə olunub.

Şuranın yeni seçilən üzvləri COP29 ili çərçivəsində həyata keçiriləcək bütün tədbirlərdə yaxından iştirakla yanaşı, ictimai nəzarətin həyata keçirilməsi, ekolojiyönümlü digər QHT-lərlə birgə qurumun fəaliyyətinin bütün sahələrində yaxından iştirak edəcəklərini, ətraf mühitlə bağlı məsələlərin ictimai müzakirəsinin daha səmərəli və nəticəyönümlü olmasına çalışacaqlarını bildiriblər.

Yanvarın 15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib, müraciəti qeydə alınmış 38 namizəddən 13-ü səs çoxluğu toplayaraq İctimai Şuraya üzv seçilib.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.