Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya keçirilən seçkilərin ikinci turu başa çatıb - FOTO
Xəbər verdiyimiz kimi, noyabrın 27-də Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilərin ilk turu keçirilib.
Seçkilərin ilk turunda iştirak edən 19 namizəd arasından 8 nəfəri qanunvericiliklə müəyyən edilən səs sayını toplayaraq şuraya üzv seçilib.
Xatırladaq ki, Seçki Komissiyasının qərarına əsasən Dövlət Gömrük Komitəsi yanında ictimai şura üzvlərinin sayı 9 nəfər müəyyən edilib.
Noyabrın 30-da Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya keçirilən seçkilərin ikinci turunda isə iştirak edən 11 namizəddən “Azərbaycan meyvə-tərəvəz istehsalçıları və ixracatçıları assosiasiyası” İctimai Birliyinin sədri Quliyev Bəşir Şain oğlu qanunvericiliklə müəyyən edilən səs sayını toplayaraq Şuraya üzv seçilib.