Sabirabad rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilmişdir

17 noyabr 2023-cü il tarixdə Sabirabad rayon İcra Hakimiyyəti yanında yaradılan İctimai Şuraya AzərPoçt MMC-nin Sabirabad regional poçt filialında bağlama və banderolların paylanmasında yaranan problemlə bağlı müraciət edilmişdir. Problemlə bağlı İctimai Şuranın növbəti iclası keçirilmiş, iclasa poçt əməkdaşları da dəvət olunmuşdur.

AzərPoçt MMC-nin Sabirabad regional poçt filialının məsul əməkdaşı iclasda səsləndirilən problemin qanunamüvafiq qayda da həll olunması istiqamətində işlər görüləcəyini qeyd etmişdir.

Sabirabad Rayon İcra hakimiyyəti yanında İctimai Şuranın sədri Güləndam Səmədova belə görüşlərin mütamadi olaraq davam edəcəyini və  hər bir ictimai təşəbbüs və təklifin nəzarətə götürülərək həllinə dəstək veriləcəyini bildirmişdir.

Çıxış edən içtimai şura üzvləri insanları narahat edən bütün problemlərin həllində ictimai nəzarət mexanizmindən bundan sonra da səmərəli istifadə etməyin zəruriliyinin vacib olduğunu bildirmişlər. 


Paylaş

Aktiv sorğu yoxdur.