Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması barədə ELAN

İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar vətəndaş cəmiyyəti institutları 1 (bir) nəfər şəxsin namizədliyinin irəli sürülməsi məqsədilə ərizəni (namizədin yaşayış ünvanı və elekton poçt ünvanı göstərilməklə) 13.12.2023-cü il tarixinədək aşağıda göstərilən sənədlərlə birlikdə [email protected] ünvanına və ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (Bakı şəhəri, K.Kazımzadə küç., 100 A) poçt vasitəsilə təqdim edə bilərlər:
 

  • Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
  • Namizədin tərcümeyi-halı;
  • Namizədin vətəndaş cəmiyyəti institutunun üzvü olması barədə təsdiqedici sənədin surəti;
  • Namizədin müvafiq sahədə təcrübəyə və ya biliyə malik olmasını təsdiq edən sənədin (sənədlərin) surəti;
     

Vətəndaş cəmiyyəti institutu tərəfindən ərizəyə namizəd barədə geniş məlumat verən digər sənədlər əlavə oluna bilər.
 

Bundan əlavə namizəd irəli sürüb-sürməməsindən asılı olmayaraq bütün vətəndaş cəmiyyəti institutları seçkinin keçirilməsi məqsədilə təşkil ediləcək ümumi yığıncaqda iştirak etməsi üçün təmsilçisinin məlumatlarını təqdim edə bilərlər.


Paylaş

1 şəxsin neçə ictimai şurada təmsil olunmasını doğru hesab edirsiniz?