Salyan Rayon İcra hakimiyyətinin başçısı rayonda fəaliyyət göstərən ictimai şura üzvləri ilə görüşmüşdür

Salyan Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov RİH başçısı yanında fəaliyyət göstərən ictimai şura üzvləri ilə növbəti    görüş  keçirmişdir. Görülən işlər və qarşıda duran vəzifələrin  müzakirə edildiyi tədbirdə aparatın məsul işçiləri və rayonun ictimai siyasi qəzeti olan “Qələbə”nin jurnalist kollektivi iştirak etmişdir.

 

RİH başcısı Sevindik Hətəmov bildirmişdir ki, “İctimai  iştirakcılıq haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında yaradılan   ictimai şuralar dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyəli qərarların  qəbulunda, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqalarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyətlərini layiqincə təmsil edirlər. Salyan rayonunda da İctimai şuranın üzvləri  sosial-ictimai həyatda yaxından iştirak etməklə insanların qarşılaşdıqları problemlərin, həmçinin vətəndaşların arzu və  təkliflərinin yerli icra orqanlarına  çatdırılması, müzakirəsi və həllinə nail olunması istiqamətində artıq müsbət təcrübə qazanmışdır. Bunun nəticəsidir ki, rayonda   həyata keçirilən bütün sosial- iqtisadi layihələr  insanların arzu və təklifləri, sosial ehtiyaclarınin daha layiqincə qarşılanması ilə müşahidə olnur.

 

Salyan Rayon İcra hakimiyyəti yanında İctimai Şuranın sədri Rüstəm Məlikov şura üzvləri ilə növbəti görüşün təşkilinə görə minnətdarlıq etmiş, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Salyan rayonunda görülən infrastruktur  layihələrinin insanlar tərəfindən razılıqla qarşılandığını və bu işə vətəndaş cəmiyyəti bundan sonra da  dəstək verəcəyini bildirmişdir.

Çıxış edən içtimai şura üzvləri, o cümlədən   media nümayəndələri  insanları narahat edən bütün problemlərin həllində  ictimai nəzarət mexanizmindən bundan sonra da səmərəli istifadə etməyin zəruriliyinin vacib olduğunu bildirmişlər. 

RİH başçısı S.Hətəmov  belə görüşlərin mütamadi olaraq davam edəcəyini və  hər bir ictimai təşəbbüs və təklifin  nəzarətə götürülərək  həllinə dəstək veriləcəyini bildirmirmişdir

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.