Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşəbbüsü ilə Qadın və Uşaq sığınacağı ziyarət olunub

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşəbbüsü və 11 saylı Uşaq poliklinikası, "Loqos" Psixoloji və Nitq Mərkəzinin  birgə təşkilatçılığı ilə Binəqədi rayonu ərazisində yerləşən Qadın və Uşaq sığınacağı ziyarət olunub.

Ziyarətdə Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini, "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri Təranə Paşayeva, ictimai şuranın üzvü, 11 saylı Uşaq poliklinikasının baş həkimi Məlahət İbrahimova və hər iki qurumun əməkdaşları iştirak edib. 
 
Ziyarət çərçivəsində sığınacaq haqqında qonaqlara məlumat verilib, sığınacaqda yaşayan uşaq və böyüklər "Loqos" Psixoloji və Nitq Mərkəzi və 11 saylı Uşaq poliklinikasının mütəxəssisləri tərəfindən tibbi və psixoloji müayinə olunub.

Sığınacaq əməkdaşları və sakinləri onlara göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.