“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının icrası ilə əlaqədar "Dövlət qurumlarında çalışan işçilərdə antikorrupsiya davranış modelinin formalaşdırılması" mövzusunda seminar-müşavirə keçirilmişdir.

16 mart 2023-cü il tarixində rayon icra hakimiyyəti başçısı yanında Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının təşəbbüsü ilə Astara Rayon Heydər Əliyev Mərkəzində ““Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının icrası ilə əlaqədar "Dövlət qurumlarında çalışan işçilərdə antikorrupsiya davranış modelinin formalaşdırılması" mövzusunda seminar-müşavirə keçirilmişdir.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, rayon icra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, rayon icra hakmiyyəti yanında İctimai Nəzarət Şurasının sədri Xəlil Lətifov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının katibi Fəhmin Qurbanov, rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin direktorları və səhiyyə çalışanları iştirak etmiş, mövzu ilə bağlı çıxışlar edilmiş, müzakirələr aparılmışdır. 

Rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi bu istiqamətdə daha effektiv və səmərəli fəaliyyət göstərilməsindən ötrü böyük imkanlar yaratdığını qeyd etmiş, Milli Fəaliyyət Planının bəndələrinin icrasına rayon icra hakimiyyəti tərəfindən böyük səy və diqqət göstərildiyini bildirmişdir. Silsilə tədbirlərin davamı olaraq təhsil və səhiyyə işçiləri ilə görüşün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. 

Rayon icra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Bəsti Əliyeva respublikamızda korrupsiyaya qarşı mübarizənin hüquqi və strateji əsasının Ümummilli Lider Heydər Əliyevin tərəfindən qoyulduğunu, bu sahədə fəaliyyətin cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə özünün ən uğurlu və yüksək mərhələsinə çatdığını, dövlət qurumlarında yeni elektron xidmət mexanizmlərin tətbiqinin şəffaflığın təmin olunmasında mühüm rol oynadığını bildirmiş, korrupsiya və rüşvətxorluqla məşğul olmağın hüquqi məsuliyyəti barədə tədbir iştirakçılarına dolğun məlumat vermişdir.

Rayon icra hakmiyyəti yanında İctimai Nəzarət Şurasının sədri Xəlil Lətifov artıq iki il ərzində fəaliyyət göstərən İctimai Nəzarət Şurasının qarşısında qoyduğu məqsədlərə çatmaqdan ötrü bütün üzvləri ilə birgə səylə fəaliyyət göstərdiyini, rayon icra hakimiyyəti ilə birgə rayonda maarifləndirici tədbirlərin ardıcıl olaraq keçirildiyini bildirmiş, təhsil və səhiyyə işçilərində antikorrupsiya davranış modelinin formalaşması sahəsində ölkə başçısının rəhbərliyi ilə şəffaf mühitin formalaşdığını qeyd etmişdir. 

Tədbirdə iştirak edən məktəb direktorları və səhiyyə işçiləri mövzu ilə əlaqədar çıxışlar etmişlər. 

Respublikada tətbiq olunan "ASAN xidmət" modelinin dünyada Azerbaycan təcrübəsi kimi böyük nüfuza sahib olduğu, dövlət qurumlarında bir çox elektron xidmətlərin tətbiqinin nəticəsi olaraq vətəndaş-məmur ünsiyyətinin  minimuma endirilməsinin şəffaflığa böyük töhfə verdiyi vurğulanmışdır.

Tədbir iştirakçılarına broşüralar paylanmış, mövzu ilə əlaqədar videoçarx nümayiş edilmişdir.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.