KOBİA yanında İctimai Şuranın üzvlərinə xidməti vəsiqələr təqdim edilib - FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə operativliyin artırılması və sahibkar məmnunluğunun təmin olunması baxımından ictimai məsləhətləşmələrə önəm verildiyini, bu sahədə Agentlik yanında İctimai Şura ilə sıx əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. 

Görüşdə Agentliyin fəaliyyətində ictimai iştirakçılığa, Şuranın 2023-cü ildəki Fəaliyyət Planına dair müzakirələr aparılıb, KOBİA-nın biznesə xidmətlərinə dair təqdimat keçirilib. 

Tədbir çəçivəsində həmçinin, KOBİA yanında İctimai Şuranın üzvlərinə xidməti vəsiqələr təqdim edilib. 

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.