İctimai Şura Elşad Hacıyevə təbrik ünvanlayıb

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şura Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və media ilə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevə polis polkovnik-leytenantı xüsusi rütbəsi verilməsi münasibəti ilə təbrik edir:

Təbrikdə deyilir:

"Hörmətli Elşad müəllim! 

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə yeni rütbə almağınız barədə kütləvi informasiya vasitələrində yayılan xəbəri sevinclə qarşıladıq. 

Uzun illərdir ki, Siz polis orqanlarında fəaliyyət göstərir və bu sahənin peşəkarlarından sayılırsınız. Sizin fəaliyyətiniz hər zaman Azərbaycan polisinin müsbət reputasiyasının möhkəmlənməsinə yönəlib. İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə Daxili İşlər Nazirliyinin ictimaiyyətlə və media ilə əlaqələrinin qurulmasına məsul şəxssiniz. Vətəndaşların nazirliyə ünvanladıqları sorğu, şikayət və təkliflərin çözülməsində, operativ və dolğun cavablandırılmasında ortaya qoyduğunuz nümunə bütün cəmiyyət tərəfindən qeyd olunur və rəğbətlə qarşılanır. 

Sizi polkovnik-leytenant rütbəsi almağınız münasibətlə təbrik edir, çətin və şərəfli fəaliyyətinizdə, şəxsi həyatınızda Sizə yeni uğurlar arzu edirik!"


Paylaş

Aktiv sorğu yoxdur.