QHT Agentliyində ECSOFT layihəsinin rəhbər heyəti ilə görüş keçirilib - FOTO

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Şəffaflıq naminə Vətəndaş Cəmiyyəti Təşkilatları (ECSOFT) layihəsinin rəhbər heyəti ilə görüş keçirilib. 
 

Görüşdə Agentliyin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, icraçı direktorun müavini Emil Çaparlı, Agentliyin əməkdaşı Günay Vəliyeva, MG Consulting MMC-nin direktoru Lalə Adilova, Qeyri-kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin (ICNL) vitse-prezidenti Natalie Bourjaily, Beynəlxalq Ailə Sağlamlıq Təşkilatının (FHI 360) direktor müavini Keith Aulick, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan nümayəndəliyinin layihələrin idarəedilməsi üzrə mütəxəssisi Pərviz Musayev iştirak edib. 
 

Görüşdə ECSOFT layihəsinə dair geniş məlumat verilib, Agentliklə birgə mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

 

 

 

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.