KOBİA-da İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib - FOTO

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib. Tədbirdə kiçik və orta sahibkarlıq, KOB-lara göstərilən dəstək və xidmətlər, İctimai Şuranın Agentliyin ictimai iştirakçılıq prosesinə verə biləcəyi töhfələr müzakirə edilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB sahəsində görülən işlər, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, KOB-lara göstərilən dəstək və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi tədbirləri barədə məlumat verib. Bildirilib ki, KOBİA sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə operativliyin artırılması, sahibkar məmnunluğunun təmin olunması baxımından ictimai məsləhətləşmələrə önəm verir, KOBİA yanında İctimai Şura fəaliyyət göstərir.

Qarşılıqlı müzakirə şəraitində keçirilən görüşdə publik hüquqi şəxslərin fəaliyyətində vətəndaş cəmiyyəti institutlarının iştirakı, ictimai məsləhətləşmələr və ictimai rəyin nəzərə alınmasının əhəmiyyəti vurğulanıb.  

Görüşdə İctimai Şura üzvləri ilə əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb, təklifləri dinlənilib, sualları cavablandırılıb. 

Fotolar

Paylaş