DQİDK yanında İctimai Şura üzvləri Azərbaycan İlahiyyat İnstitutunda olublar

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şura üzvləri Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olublar.

Görüş zamanı İnstitutun rektoru Aqil Şirinov Aİİ-nin fəaliyyəti, məqsəd və vəzifələrindən bəhs edib. Qonaqlara məlumat verilib ki, qəbul olunan tələbələr müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi, həmçinin fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və başqa sosial, humanitar elmləri də öyrənmək imkanına malikdirlər. A.Şirinov İnstitutun fəaliyyətində müxtəlif dünya ölkələrinin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalandıqlarını, xüsusilə beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verdiyini bildirib. Rektor əlavə edib ki, İnstitutda 2022-2023-ci tədris ili üzrə bakalavriat səviyyəsi üzrə 70, magistratura üzrə 7 tələbə təhsil alır.

Aİİ-də tələbələr üçün yaradılan şəraitlə yaxından tanış olan DQİDK yanında İctimai Şura üzvləri dini təhsilin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli fəaliyyəti müsbət dəyərləndiriblər.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.