Mərkəzi bankın yanında ictimai şura yaradılır? Açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) yanında ictimai şura yaradılması müzakirə ediləcək.

QHT.az   xəbər verir ki, bunu “APA-Economics”in sualına cavab olaraq keçirdiyi onlayn mətbuat konfransında AMB-nin sədri Taleh Kazımov deyib. O bildirib ki, sözügedən məsələ təklif olaraq dəyərləndiriləcək.

“Mərkəzi Bank bank, sığorta və invesitiya sektorunun üzvləri ilə mütəmadi görüşlər keçirir. Bizim mandatımızı əhatə edən qurumlarla ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq var. Sektorun bütün problemləri mütəmadi olaraq müxtəlif kanallarla bildirilir. Bununla belə, ictimai şuranın yaradılması daxildə müzakirə ediləcək. Maliyyə sektorunda sub sektorlarla, yəni banklar, sığorta və investisiya şirkətləri ilə rüblük əsasda mən daxil olmaqla görüşlər keçiririk. Bunu təklif kimi qəbul edirəm və məsələ ilə bağlı qərarımız olduqda açıqlayacağıq”- deyə AMB sədri əlavə edib.


Paylaş

Aktiv sorğu yoxdur.