İctimai şura üzvləri yaşayış binalarının qarşısının abadlaşdırılmasında öz töhvəsini verir - FOTO

Sabirabad rayon İcra Hakimiyyəti yanında yaradılan İctimai Şura fəaliyyət göstərdiyi müddət ərzində vətəndaşlarla görüşlər keçirmiş, onların problemləri ilə maraqlanmış və həllinə nail olmağa çalışmışdır. 2022-ci ildə vətəndaşların bəzi problemlərinin həllinə nail olmuşdur. Sabirabad şəhəri 20 Yanvar küçəsində yerləşən bina sakinləri binanın qarşısında yağış yağarkən gölməçələr əmələ gəlməsi, binaya giriş-çıxışın çətinləşməsi ilə əlaqədar müraciət etmişlər.

İctimai Şura müvafiq qurumlar qarşısında problemi işıqlandıraraq Sabirabad şəhərində bir neçə yaşayış binasının, o cümlədən 20 Yanvar küçəsində yerləşən binaların qarşısının asfaltlanaraq abadlaşdırılmasında öz töhvəsini vermişdir.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.