İctimai Şura 7 komissiya yaratdı - Mingəçevirdə

2022-ci il avqustun 5-də Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirilib. Şura sədri Fərman Nəbiyev qeyd edib ki, əlimizdə yalnız İctimai İştirakçılıq haqqında Qanun var,  amma Mingəçevir İH yanında indiyədək İŞ olmadığı üçün müvafiq sənədləri hazırlamaq vəzifəsi 2022-ci il iyulun 16-da seçki zamanı formalaşan qurumun öhdəsinə düşür. O, İctimai Şuranın Əsasnamə və Şura üzvlərinin Davranış Kodeksi layihələrini iclasa təqdim edib.

Müzakirə zamanı bəzi təkliflər irəli sürülüb və onlar nəzərə alınmaqla hər iki sənəd qəbul olunub. Əsasnamə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı təsdiq etdikdən, Əxlaq Kodeksi isə  bütün İŞ üzvləri imzaladıqdan sonra hüquqi qüvvəyə minəcək.

İclasda İctimai Şuranın komissiyalarının yaradılması ilə bağlı məsələ də müzakirə olunub. Şura üzvləri İcra hakimiyyəti, hüquq-mühafizə orqanları, bələdiyyə və digər qurumlarla əlaqə, Şəhid ailələri, qazı və veteranlarla iş, Vətəndaş müraciətlərinə baxılması, Gender, QHT və media ilə əlaqə, Sahibkarlarla iş və ekologiya, Davranış və etika adlı 7 komissiyanın yaradılması barədə qərar çıxarıblar. Eyni zamanda hər bir komissiyanın sədr və üzvləri təsdiq olunub.

İclasın sonunda facebook sosial şəbəkəsində İŞ-nın səhifəsini açmaq, İctimai Şura üzvlərinə özləri haqqında ətraflı CV hazırlamaq və katibliyə təqdim etmək tövsiyə olunub.

İclasa şura üzvlərindən 2-si qatıla bilməyib.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.